Şirkət divar kağızları, divar kağızı yapışdırıcısı (kley) və herringbone laminat döşəmə məhsulları üzrə ixtisaslaşaraq müştərilərinə yüksək keyfiyyətli və estetik seçim təqdim edir. Artelie şirkəti sektora addım atdığı ilk gündən müştəri məmnuniyyətini və etibarlılığını fəaliyyətinin mərkəzinə qoymuşdur. Bu səbəbdən qısa müddətdə böyük məmnun müştəri bazası əldə etmişdir.
Fəaliyyətinin ilkin mərhələsində 50–100 çeşidlə müştərilərinin xidmətində olan şirkət bu gün məhsul portfelində 2000-dən çox seçkin çeşidi ilə yer alır. Keçən zaman ərzində yalnız fərdi mənzillərin deyil, həm də irimiqyaslı pilot layihələrinin, otellərin və biznes mərkəzlərinin divar kağızı və yer döşəmələri (herringbone laminat) təminatını uğurla həyata keçirmiş, bir çox nüfuzlu layihəni tam təhvil vermişdir.
Artelie şirkəti üçün ticarət sadəcə alış-veriş deyil, mənəvi dəyərlər üzərində qurulmuş bir güvən körpüsüdür. Şirkət bütün işlərinin daim dürüstlük, şəffaflıq və ticari əxlaq prinsipləri üzərində qurulmasını hədəfləyir. Müştərilərinin ticarət sahəsində aldadılmadan, tam arxayın şəkildə ehtiyaclarına uyğun və yüksək keyfiyyətli məhsul əldə etməsini təmin edir.
Artelie şirkəti məhsullarını istər divar kağızları sektorunda, istərsə herringbone laminat sektorunda ölkənin bütün bölgələrinin satış nöqtələrində xalqımıza təqdim edir.