1. Saytdan istifadə
Saytdan istifadə edən şəxs bu şərtlərlə tanış olduğunu qəbul edir. Saytdakı mətn, foto və dizayn materialları qanunla qorunur; Artelie-nin yazılı razılığı olmadan kommersiya məqsədilə kopyalana bilməz. Saytın işinə müdaxilə edən və təhlükəsizliyə zərər vuran istifadəyə yol verilmir.
2. Məhsul, qiymət və mövcudluq
Məhsulun əsas xüsusiyyətləri və satış qiyməti məhsul səhifəsində göstərilir. Monitor ayarlarına görə rəngdə cüzi vizual fərq yarana bilər. Qiymət və stok məlumatında texniki səhv aşkar edilərsə, sifariş təsdiqlənməzdən əvvəl müştəri ilə əlaqə saxlanılır.
3. Sifariş və ödəniş
Səbətə məhsul əlavə edilməsi onun rezerv edilməsi demək deyil. Sifariş əlaqə və ödəniş mərhələləri tamamlandıqdan, mövcudluq təsdiqləndikdən sonra qəbul edilmiş sayılır. Ödəniş saytın təqdim etdiyi üsullarla həyata keçirilir.
4. Çatdırılma və təhvil
Çatdırılma ünvanı, qiyməti və təxmini müddəti sifariş zamanı razılaşdırılır. Məhsulu təhvil alarkən qablaşdırmanı, miqdarı və görünən qüsurları yoxlamağınız xahiş olunur. Aşkar uyğunsuzluq dərhal çatdırılma əməkdaşına və Artelie-yə bildirilməlidir.
5. Keyfiyyətli malın dəyişdirilməsi və qaytarılması
Satıcı daha uzun müddət müəyyən etməyibsə, istehlakçı qeyri-ərzaq malını ona verildiyi andan 14 gün ərzində başqa ölçülü, formalı, rəngli və ya quruluşlu oxşar mala dəyişdirmək üçün müraciət edə bilər. Uyğun mal olmadıqda qanunvericilikdə nəzərdə tutulan qaydada qaytarma tələb edilə bilər.
- Məhsul istifadə edilməmiş olmalıdır
- İstehlak xassələri və əmtəə görünüşü qorunmalıdır
- Plomb, yarlıq və komplektasiya saxlanmalıdır
- Alışı və şərtləri təsdiqləyən məlumat təqdim edilməlidir
- Qanunla dəyişdirilməsi və ya qaytarılması məhdudlaşdırılan mallara müvafiq istisnalar tətbiq olunur
6. Qüsurlu məhsul
Məhsulda əvvəlcədən bildirilməmiş qüsur aşkarlandıqda istehlakçı qanunvericilikdə nəzərdə tutulan qaydada dəyişdirmə, qiymətin azaldılması, qüsurun aradan qaldırılması və ya müqavilənin ləğvi ilə bağlı tələb irəli sürə bilər. Müraciətdə sifariş məlumatını, qüsurun təsvirini və mümkün olduqda fotoşəkilləri əlavə etmək araşdırmanı sürətləndirir.
7. Quraşdırılmış və istifadə olunmuş məhsullar
Divar kağızı yapışdırılmadan və laminat quraşdırılmadan əvvəl məhsul kodu, rəng, partiya, miqdar və görünən qüsurlar yoxlanmalıdır. İstifadə və ya quraşdırmadan sonra müraciətlər məhsulun xüsusiyyəti, qüsurun səbəbi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla ayrıca araşdırılır. Qüsurlu mala dair qanuni hüquqlar bu bəndlə məhdudlaşdırılmır.
8. Qaytarma proseduru
- Aşağıdakı əlaqə ünvanına sifariş nömrəsi və səbəblə müraciət edin
- Məhsulu razılaşdırılmış ünvana tam komplektdə təqdim edin
- Məhsul yoxlanıldıqdan sonra dəyişdirmə və ya geri ödəniş barədə məlumat verilir
- Geri ödəniş təsdiqləndikdə mümkün olduğu halda ilkin ödəniş üsulu ilə həyata keçirilir
- Çatdırılma xərclərinin kim tərəfindən ödənilməsi qaytarma səbəbi və qanunvericiliyə əsasən müəyyən edilir
9. Məsuliyyət və dəyişikliklər
Tərəflərin hüquq və vəzifələri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir. Bu şərtlər xidmətlərdə və ya qanunvericilikdə dəyişiklik olduqda yenilənə bilər; aktual redaksiya bu səhifədə yerləşdirilir.
VÖEN: 1305496471
Fəaliyyət ünvanı: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi (Sədərək Ticarət Mərkəzi daxilində)
E-poçt: dm@artelie.az